ƏMƏKDAŞIMIZ BOLONİYA EKSPERTİ QİSMİNDƏ MALMO UNİVERSİTETİNİN SEMİNARINDA İŞTİRAK ETDİ.
İyun ayının əvvəlində İsveç Krallığının Malmo şəhərində “HERE təhsil görüşü: Doktorantura təhsili üzrə biliyin genişləndirilməsi” mövzusunda seminar təşkil olunmuşdur. Avropa Universitetlər Assosiyasiyası və Barselona Universitetinin (SPHERE) təşkilati dəstəyi ilə Avropa Komissiyasının “Ali təhsil islahatları üzrə mərkəzləşmiş ekspertlər qrupu”nu dəstəkləyən bu seminarda “Ali təhsil islahatları üzrə ekspertlər qrupu şəbəkəsi” doktorantura proqramının beynəlxalq səviyyədə tanınması, strukturunun yenilənməsi, doktorantura proqramında keyfiyyətin təmin olması və beynəlxalq elmi tədqiqat imkanlarının artırılması kimi sahələrin inkişafına nail olunması məsələləri müzakirə olundu. Seminarda əsasən beynəlxalq ekspertlərin sahə üzrə çalışan mütəxəssisləri və Malmo Universitetinin əməkdaşları tərəfindən təqdimatlar, qrup müzakirələri oldu.
Dünyanın 32 ölkə təmsilçisinin iştirak etdiyi bu mötəbər tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Boloniya eksperti qismində təyin etdiyi Nigar Abbaszadə və Ruslan Məmmədov iştirak edirdi.