ƏMƏKDAŞIMIZ DÜNYA TÜRK FORUMUNDA

1-3 iyun 2016-cı il tarixdə qardaş Türkiyənin İstanbul şəhərində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə  Y Dünya Türk Forumu keçirilmişdir. Foruma Qazaxstan, Qırğızstan, Hollandiya, İsveçrə, Almaniya, Makedoniya, Avstrya, Yaponya, Türkmənistan, Finlandiya, Qüzey Qıprız Türk Cümhuriyyəti kimi türkdilli və türkdilli olmayan  dövlətlərdən  türkdilli xalqların nümayəndələri, o cümlədən kərküklər qatılmışlar.

Sevindirici haldır ki, Gəncə Dövlət Universitetindən  Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimi, doktorant Əhmədova Aytən Arzulla qızı da Foruma dəvət almış və “Kitabi-Dədə Qorqud” dastanı ortaq türk yazılı abidəsi kimi” mövzusunda çıxış etmişdir.