ƏMƏKDAŞIMIZ UĞURLA MÜDAFİƏ ETDİ
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin fransız dili kafedrasının baş müəllimi İsgəndərova Vüsalə Fazil qızı Azərbaycan Dillər Universitetində filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün filologiya üzrə fəlsəfə doktoru, professor Çəmən Oruc qızı Babaxanovanın və filologiya üzrə elmlər doktoru,professor Telman Ziyadxan oğlu Quliyevin rəhbərlik etdiyi “Müxtəlifsistemli dillərdə təsirli-təsirsiz fellərin leksik-semantik xüsusiyyətləri” (5714.01 – müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik) adlı dissertassiya işini müdafiə etmişdir.
Müdafiədə Fransanın Azərbaycandakı səfirliyinin universitet əməkdaşlığı üzrə məsul şəxs, Campus France agentliyinin Azərbaycanda nümayəndəsi Baptiste Mignot, həmkarları Gəncə Dövlət Universitetinin fransız dili kafedrasının müdiri Məhərrəm Orucov, baş müəllimlərdən Roma Allahverdiyeva, Ruqiyyə Orucova, Qrammatika və İngilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov,Alman dili kafedrasının baş müəllimi Elvin Atakişiyev də iştirak etmişlər.
Müdafiə yüksək səviyyədə keçmiş, Müdafiə Şurasının üzvləri bir səslə İsgəndərova Vüsalə Fazil qızının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğunu bildirmişlər.
Təbrik edirik!