ƏLİLLİYİ OLAN TƏLƏBƏLƏR ÜÇÜN MƏRKƏZ
“Əlilliyi olan tələbələr üçün Mərkəz”, Gəncə Dövlət Universitetində inklüziv təhsilin inkişafını təşviq etmək, əlilliyi olan tələbələrin akademik, sosial və psixoloji reabilitasiyasını və inteqrasiyasını təmin etmək, onların hüquqlarının müdafiəsini gücləndirmək və ali təhsildə bərabər imkanlar prinsipinin reallaşmasına töhfə vermək məqsədilə 2015-ci ildən fəaliyyət göstərir.
Mərkəzin məqsədi və vəzifələri
1. Əlilliyi olan tələbələrin təhsil prosesinə bərabər şəkildə qoşulması, sosial və akademik adaptasiyasının təmin olunması;
2. Onların hüquqlarının qorunması və ali təhsildə inklüziv mühitin formalaşdırılması;
3. Əlilliyi olan tələbələrin ali təhsil imkanlarına bərabər çıxışını təmin etməklə onların təhsil hüquqlarının tam reallaşdırılmasına şərait yaratmaq;
4. Təhsil prosesində əlilliyi olan tələbələrin fiziki, texnoloji və pedaqoji maneələrlə üzləşmədən iştirakını təmin etmək;
5. Əlilliyi olan tələbələrin sosial və psixoloji ehtiyaclarını qarşılamaq məqsədilə fərdi dəstək və müşayiət mexanizmlərini formalaşdırmaq;
6. Universitetdə inklüzivlik, tolerantlıq və bərabərlik prinsiplərinə əsaslanan öyrənmə və sosial mühitin davamlı inkişafını təmin etmək.
Əsas vəzifələri
1. Əlilliyi olan tələbələrin tədris prosesində bərabər iştirakını təmin edən şəraitin yaradılmasına dəstək vermək;
2. Tədris, qiymətləndirmə və kommunikasiya proseslərində əlçatanlığı təmin etmək (fiziki, rəqəmsal və pedaqoji əlçatanlıq);
3. Müəllim və əməkdaşlar üçün inklüziv təhsil və kommunikasiya üzrə təlimlər keçirmək;
4. Əlilliyi olan tələbələrin ehtiyaclarını müəyyənləşdirmək, fərdi inkişaf planlarını hazırlamaq və onların icrasına nəzarət etmək;
5. Psixoloji, sosial dəstək və mentorluq xidməti təşkil etmək;
6. Əlilliyi olan tələbələrə uyğunlaşdırılmış tədris materiallarının hazırlanmasına dəstək vermək;
7. Universitetin infrastrukturunda (binada, yataqxanada, kitabxanada, laboratoriyalarda) fiziki əlçatanlıq məsələlərinin monitorinqini aparmaq və təkliflər vermək;
8. Dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək inklüziv təhsilin inkişafına töhfə vermək;
9. Əlilliyi olan tələbələrin hüquqlarının qorunması sahəsində maarifləndirmə tədbirləri keçirmək.
10. Tələbə təşkilatları və digər strukturlarla koordinasiyalı fəaliyyət göstərmək.
Mərkəzin öhdəlikləri
1. Əlilliyi olan tələbələrin şəxsi məlumatlarının məxfiliyini və etik qorunmasını təmin etmək;
2. İllik fəaliyyət planına uyğun olaraq hesabatlılıq və şəffaflıq prinsiplərinə əməl etmək;
3. Universitetin inklüziv təhsil siyasətinin həyata keçirilməsində fəal iştirak etmək və bu siyasətin icra vəziyyətini izləmək;
4. Təhsil Keyfiyyətinin Təminatı Agentliyinin (TKTA) akkreditasiya meyarlarına uyğun fəaliyyətlər həyata keçirmək və nəticələri indikatorlar üzrə ölçmək;
5. İnklüziv tədris mühitinin davamlı inkişafını təmin etmək üçün daxili və xarici tərəfdaşlarla əlaqələri gücləndirmək;
6. Mərkəzin fəaliyyətinə dair rüblük və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
7. Təlim, maarifləndirmə və sosial inteqrasiya tədbirlərinin keyfiyyətini və təsirini qiymətləndirmək;
8. Əlilliyi olan tələbələrin hüquqlarının müdafiəsi və bərabər imkanlarının təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görmək.

Qurbanova Türanə Şəmsi qızı
8 noyabr 1984-cü il tarixində Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur.
1991-ci ildə Qazax şəhərində yerləşən Səməd Vurğun adına 2 saylı tam orta məktəbə daxil olmuş və həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
2002–2006-cı illərdə Bakı Dövlət Universitetində Sosiologiya ixtisası üzrə bakalavriat təhsili almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
2008–2018-ci illərdə Qazax Dövlət Sosial-İqtisad Kollecində müəllimə kimi fəaliyyət göstərmişdir.
2025-ci ildən etibarən Gəncə Dövlət Universitetində Əlilliyi olan tələbələr üçün Mərkəzə müdir təyin edilmişdir.
