2020/2021-Cİ TƏDRİS İLİNİN YAZ SEMESTRİ ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN BAKALAVRİAT VƏ MAGİTRATURA SƏVİYYƏSLƏRİNDƏ ƏYANİ FORMADA TƏHSİL ALAN SOSİAL BAXIMDAN HƏSSAS ƏHALİ QRUPUNA AİD EDİLƏN AİLƏLƏRİN ÜZVÜ OLAN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 4 may tarixli 129 nömrəli qərarı ilə  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarına  dəyşiklik edilərək Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin bakalavriat və magitratura səviyyəslərində əyani formada təhsil alan sosial baximdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri üzrə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

Nəzərinizə çatdıraq ki, 2020/2021-ci tədris ilinin payız semestrində təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş tələbələrin müraciəti avtomatik olaraq yenilənəcək və sms vasitəsilə məlumat göndəriləcək.

Əyani formada təhsil alan sosial baximdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri üzrə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı https://e-telebe.edu.az  elektron portalında müraciət etmələri tələb onunur. https://e-telebe.edu.az elektron portalı 19 May 2021-ci il tarixdən 07 İyun 2021-ci il tarixədək aktiv olacaq.

Sosial baximdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və buna baxmayaraq hələ də qeydiyyatdan keçməyən tələbələr https://e-telebe.edu.az saytında 2 mərhələdə qeydiyyatdan keçməlidi.

  1. Səhifəy daxil olduğunuz zaman QEYDİYYAT bölməsinə keçib FİN (Fərdi identifikasiya nömrəsi), telefon nömrənizi, Şəxsiyyət vəsiqənizin seriya və nömrəsini, eyni zamanda təhlükəsizlik kodu olaraq sadə riyazi hesablamanı yerinə yetirərək Şəxsi kabinet yaratmalısınız. Açılmış yeni pəncərədə unutmayacağınız, hərf və rəqəmlərdən ibarət parol (Məsələn:adınız və doğum ilinizdən ibarət olan –  Aygün2002) daxil etməlisiniz. Şəxsi kabinetdə istifadəçi adınız FİN nömrəniz hesab olunacaq.
  2. https://e-telebe.edu.az səhifəsinə qayıdaraq PORTALA GİRİŞ bölməsindən  yaratmış olduğunuz Şəxsi kabinetinizə İstifadəçi adı bölməsinə FİN-i, Parol yerinə təyin etdiyiniz parolu yazaraq Şəxsi kabinetə daxil olub 4 səhifəlik müraciəti tələb olunduğu kimi düzgün qaydada doldurub müraciəti təsdiqləməlisiniz.