27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva, Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, fakültənin bir qrup müəllim və tələbəsi Gəncə Şəhidlər Xiyabanını ziyarət ediblər və şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər, qəhrəman oğullarımızın əziz xatirəsi böyük hörmətlə yad edilib.

     Ziyarət zamanı bildirilib ki,  Şəhidlərimizin vətən sevgisi və döyüşlərdə göstərdiyi qəhrəmanlığı gənclərimizə örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin adları və şücaətləri yaddaşlarda əbədi yaşayacaqdır. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti