8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub
Gəncə Dövlət Universitetində (GDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və rektorun baş müşaviri Asif Cavadov çıxış edərək qadınların cəmiyyətdəki önəmli mövqeyindən və elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin inkişafındakı rolundan bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev qadınlara daim yüksək dəyər vermiş, qadın hüquqlarının qoruması və ictimai fəallığının təşkili məsələsini diqqət mərkəzində saxlamışdır. Bu gün həmin siyasət dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə böyük töhfələr verirlər. Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti və xeyirxah əməlləri ilə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.
Tədbirdə GDU-nun bir qrup qadın əməkdaşına və tələbələrə Fəxri Fərman təqdim olunub.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə rektora dərin minnətdarlıqlarını bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





