8 MART – Beynəlxalq qadınlar gününüz mübarək, əziz qadınlar!
Milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsində, övladlarımızın layiqli vətəndaş, vətənpərvər şəxsiyyət kimi yetişməsində qadınların rolu böyükdür. Azərbaycan qadınlarının milli ruhda tərbiyəsinin nəticəsidir ki, onların yetişdirdiyi igidlər Vətən sevgisini canlarından üstün tutaraq 44 günlük müharibədə qəhrəmanlıq göstərdilər, torpaqlarımızı işğaldan azad etdilər, ölkəmizin hərbi qüdrətini dünyaya bir daha nümayiş etdirdilər.
Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edərək layiqli töhfələr verirlər.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə Dövlət Universitetində çalışan qadınların timsalında Azərbaycan xanımlarını səmimi-qəlbdən təbrik edir, onlara cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayırıq.
Bayramınız mübarək, əziz qadınlar!
Rektorluq