Akademik Yusif Məmmədəliyevə həsr edilən “İşıqlı Elm yolu” adlı elmi seminar keçirilib

 Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində akademik Yusif Məmmədəliyevin  120 illik yubileyinə həsr olunmuş “İşıqlı elm yolu” adlı elmi seminar keçirilib. 

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  “Akademik Yusif Məmmədəliyevin 120 illik irsi” adlı məruzə ilə  çıxış edərək qeyd edib ki, görkəmli alim nəinki Azərbaycan və SSRİ-də, hətta dünyada da  tanınmış alim olub. Prorektor Yusif Məmmədəliyevin II Dünya müharibəsi gedişində yüksək oktanlı aviasiya yanacağının hazırlanması və onun müharibədə oynadığı rolu, eləcə də 1959-cu ildə Şamaxıda Astrofizika rəsədxanasının yaradılması istiqamətində fəaliyyəti, Əlyazmalar Fondunun yaradılması haqqında ətraflı danışıb.

 Seminarda Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov “Yusif Məmmədəliyevin İkinci Dünya Müharibəsinə verdiyi  elmi tövfələr”, Riyazi analiz kafedrasının müdiri Orucəli Rzayev “Azərbaycan neft kimyasının qızıl dövrü”,  Ümumi riyaziyyat kafedrasının müdiri Sübhiyyə Zeynallı “Elmi irsin yaşadılması” və Riyaziyyat müəllimliyi ixtisasının dördüncü  kurs tələbəsi Qənirə Rzazadə “Elm uğrunda ömür”,  Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri Səbinə Həsənova “Elmi kəşflərin qüdrəti” və Fatimə Əmirova “Neft kimyasının banisi” adlı məruzələrdə akademikin şəxsiyyəti, elmə yanaşma prinsipləri və vətənpərvərlik keyfiyyətləri barədə çıxış edilblər. Çıxış edənlər Yusif Məmmədəliyevin kimya sahəsindəki ixtiralarının cəmiyyət üçün faydasından söhbət açılıb.

Seminarda akademik Yusif Məmmədəliyevin elmi fəaliyyətinə həsr olunan “Zamanın zirvəsi” adlı film nümayiş etdirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti