Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin nəzərinə!

      Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları ilə Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə 2024/2025-ci tədris ilinin  payız semestri ərzində hər ay 200 (iki yüz) manat məbləğində həvəsləndirici təqaüd veriləcək.  Növbəti semestrlərdə tələbənin ÜOMG – si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda təqaüdün verilməsi davam etdiriləcək.

     Abituriyentlərə Gəncə Dövlət Universitetini seçməyi tövsiyə edirik.

REKTORLUQ