Arxiv şöbəsi
Arxiv şöbəsində müəssisə, təşkilat və idarələrdə arxiv işinin aparılması, sənədlərin qəbulu,qeydiyyatı, sistemləşdirilməsi, mühafizəsi və istifadə olunması işləri aparılır. Universitetin bütün struktur bölmələrindən arxivə sənəd qəbul olunur. Bəzi işlənmə əhəmiyyəti itirilmiş sənədlər nomenklatura əsasında universitetin ekspert komissiyasının razılığı ilə ləğv olunur və bütün bu işlərə arxiv müdirinin rəhbərliyi ilə nəzarət edilir.
Rauf Telman oğlu Nağıyev –Arxiv şöbəsinin müdiri
1969-cu ildə Gəncə şəhərində anadan olub. 1987-ci il tarixində əyani təhsil üzrə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (İndiki Gəncə Dövlət Universiteti ) ÜTF və əmək ixtisasına qəbul olub. 1988-90-cı illərdə hərbi xidmətdə olmuş, 1994-cü ildə universiteti bitirmişdir. 1995-ci ildə Gəncə Dövlət Universitetinin Arxiv şöbəsində arxiv işçisi vəzifəsində fəaliyyət göstərmiş, 2014-cü ildən arxiv müdiri vəzifəsində işləyir və ali təhsillidir.