Azad Həmkarlar İttifaqı Komitəsi

Həmkarlar İttifaqı Komitəsi əmək prosesində işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini qorumalı olan, öz üzvlərinin həyat və əmək şəraitini yaxşılaşdırmaq məqsədi güdən ictimai təşkilatdır. Universitet daxilində fəaliyyət göstərən Azad Həmkarlar İttifaqı Komitəsi yarandığı gündən öz vəzifəsinə sadiq qalmış, Universitet işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasında, maddi və mədəni səviyyəsinin yüksəldilməsində önəmli rol oynamış, hər Universitet işçisinin əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər görmüşdür. Universitet Azad Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nizamnamələrini əsas götürmüşdür.

Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qulam qızı Qasımova 2017-ci il tarixdə ATİAHİ Respublika Komitəsi Rəyasət heyətinin üzvü seçilmişdir.

Afaq Qulam qızı Qasımova – Komitənin sədri

(Bax: Universitetin rəhbər heyəti)

GDU-nun AHİK İdarə Heyətinin tərkibi aşağıdakı kimidir:

İdarə heyətinin üzvləri:

  1. Allahverdi İsgəndər oğlu Quliyev, müavin
  2. Məhəmmədiyyə Tacəddin oğlu Qaziyev, katib
  3. Gülçöhrə Tağı qızı Tağıyeva, üzv
  4. Mehriban Oktay qızı Məmmədova, üzv
  5. Günay Cahangir qızı Şirinova, hüquqşünas
  6. Rauf Məmməd oğlu Məmmədov, üzv
  7. Rasim Köçəri oğlu Hüseynov, üzv
  8. Bəhman Qafar oğlu Kazımov, üzv
  9. Məleykə İsfəndiyar qızı Aslanova, üzv
  10. Günel Alim qızı Məmmədli, üzv

Ünvan: Gəncə şəhəri Heydər Əliyev pr., 429

Telefon: (+99422) 256-19-62

E–mail: atiahi-gdu-hik@mail.ru