Azad Həmkarlar İttifaqı Komitəsi
Həmkarlar İttifaqı Komitəsi əmək prosesində işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini qorumalı olan, öz ittifaq üzvlərinin həyat və əmək şəraitini yaxşılaşdırmaq məqsədi güdən ictimai təşkilatdır. Universitet daxilində fəaliyyət göstərən Azad Həmkarlar İttifaqı Komitəsi yarandığı gündən öz vəzifəsinə sadiq qalmış, Universitet işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasında, maddi və mədəni səviyyəsinin yüksəldilməsində önəmli rol oynamış, hər bir ittifaq üzvünün əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər görmüşdür. Universitet Azad Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nizamnamələrini əsas götürmüşdür.
- Afaq Qulam qızı Qasımova əmək fəaliyyətinə 1999-cu ildə Gəncə Dövlət Universitetinin kimya kafedrasında böyük laborant kimi işə başlamışdır.
- 2013-cü ildə Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
- 2017-ci il tarixdə ATİAHİ Respublika Komitəsi Rəyasət heyətinin üzvü seçilmişdir.
- 2018-ci ildə Azərbaycan Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilmişdir.
- 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestatsiya Komissiyasının qərarı ilə ona aqrar elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir.
- 2021-ci ildə ATİAHİ RK-nın yubiley döş nişanı ilə təltif olunmuşdur.
- 2024-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestatsiya Komissiyasının qərarı ilə Dosent elmi adı verilmişdir.
- 40 elmi əsərin 1 monoqrafiyanın 3 dərs vəsaitinin müəllifidir.
Afaq Qulam qızı Qasımova – Komitənin sədri
GDU-nun AHİK İdarə Heyətinin tərkibi aşağıdakı kimidir:
İdarə heyətinin üzvləri:
- Allahverdi İsgəndər oğlu Quliyev, müavin
- Gülçöhrə Tağı qızı Tağıyeva, katib
- Aynur Akif qızı bayramova, üzv
- Mehriban Oktay qızı Məmmədova, üzv
- Günay Cahangir qızı Şirinova, hüquqşünas
- Rauf Məmməd oğlu Məmmədov, üzv
- Rasim Köçəri oğlu Hüseynov, üzv
- Eldar oğlu Mehdiyev , üzv
- Məleykə İsfəndiyar qızı Aslanova, üzv
- Günel Alim qızı Məmmədli, üzv
Ünvan: Gəncə şəhəri Heydər Əliyev pr., 429
Telefon: (+99422) 256-19-62
E–mail: atiahi-gdu_hik@mail.ru
afaqqasimova@bk.ru