“AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRİNİN ÜNVANINA RAZILIQ MƏKTUBU” YAZILMA NÜMUNƏSİ
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar qəbul edilmişdir. Bildiyimiz kimi, Dövlət proqramının icra istiqamətlərindən biri yerli ali təhsil müəssisələrinin (ATM) akademik potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura təhsilinin maliyələşdirilməsidir. Bu məqsədlə 18.01.2019-10.01.2020-ci il tarixləri üçün Təhsil Nazirliyi tərəfindən müvafiq sənəd qəbulu barədə elan( https://bit.ly/2qJQjgt) verilmişdir.
Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 444 nömrəli Qərarı ilə təqdim edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydalarının 3.2.2-ci bəndinə əsasən namizədlər “Azərbaycan Respublikası ali təhsil müəssisəsinin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra namizədin pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsini bağlamağa razılıq məktubu”nu təqdim etməlidirlər.
“Azərbaycan Respublikasının Təhsil nazirinin ünvanına razılıq məktubu”nun yazılma nümunəsi “Şəkildəki” qaydada olmalıdır.