Buraxılış işi, magistr dissertasiyalarında və tədris vəsaitlərində müəyən edilən oxşarlıq limiti

Fəlsəfə və elmlər doktorluğu dissertasiyalarında, elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş, dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir:

I Oxşarlıq Əmsalı 50%-dən çox olmamalıdır; 

II Oxşarlıq Əmsalı 5%-dən çox olmamalıdır.

Buraxılış işlərində oxşarlıq limiti:

I Oxşarlıq Əmsalı 50%-dən çox olmamalıdır; 

II Oxşarlıq Əmsalı 30%-dən çox olmamalıdır.

Magistr dissertasiyalarında:

I Oxşarlıq Əmsalı 50%-dən çox olmamalıdır; 

II Oxşarlıq Əmsalı 20%-dən çox olmamalıdır.

Yoxlanılmış bakalavr buraxılış işi və magistr dissertasiyalarında oxşarlıq həddi təyin olunmuş limit həddindən yüksək olarsa, təhsil alana icazə verilir ki, bir ay ərzində dissertasiya işi üzərində düzəlişlər edərək dissertasiya və diplom işini təkrar sistemdə yoxlasın. İkinci yoxlamada da oxşarlıq həddi yenidən limitdən çox olarsa işin müdafiəsi növbəti semestrə saxlanılır.

Əgər qiymətləndirmə nəticəsində təqdim olunan diplom işləri, dissertasiyalarda plagiat faktları yoxdursa və ancaq sitatların miqdarı elmi işin 30%-dan artıqdırsa, bu işin orijinallıq dərəcəsi aşağıdır – bu elmi iş müdafiəyə buraxılmır və Sistemin Məlumatlar Bazasına əlavə edilmir. Bu halda tələbə elmi rəhbəri ilə məsləhətləşməli, elmi işi üzərində 1 (bir) ay ərzində dəyişiklik aparmalı və elmi işini yenidən antiplagiat yoxlamasına təqdim etməlidir.

Diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitlərində yoxlama iddiaçıların şəxsi vəsaitləri hesabına həyata keçirilir. Işin həcmindən asılı olaraq yoxlamanın qiyməti  20 – 50 AZN arasında dəyişir.