ADA universiteti GDU tələbələri üçün İT layihəsində iştirak imkanı təqdim edir
ADA universiteti Gəncə Dövlət Universitetinin tələbələri üçün İT sahəsində təlimlərdə iştirak imkanı təqdim edir. Bu proqram ADA universitetinin akademik heyəti və İT sahəsində yüksək təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək. Tədris müddəti 4 ay olmaqla fevral–iyun aylarını əhatə edəcək. Təlimi uğurla tamamlayan məzunlar müxtəlif İT şirkətlərində təcrübə proqramları üzrə müsahibə mərhələsinə keçid əldə edəcəklər. […]










