“DƏSTƏK QRUPU” YARADILMIŞDIR

Xəzər Universitetinin koordinatorluq etdiyi və Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması ESFİDİP-Tempus layihəsi” çərçivəsində yaradılmış  “Əlilliyi olan tələbələr üçün mərkəz”də müxtəlif məhdudiyyətli tələbələrə dəstək məqsədilə müxtəlif fakültələrdə  təhsil alan  tələbələrdən ibarət könüllü qruplar təşkil edilmişdir.

          Hal-hazırda universitetimizdə on yeddi nəfər müxtəlif məhdudiyyətli tələbə təhsil alır. Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun 01 aprel 2016-cı il tarixli 5/78 saylı əmri ilə “Əlilliyi olan şəxslərin Azərbaycan ali məktəblərinə inteqrasiya olunmasının əsasının qoyulması” ESFİDİP-Tempus layihəsi çərçivəsində layihənin İş planına uyğun olaraq universitetdə təhsil alan müxtəlif dərəcəli əlilliyi olan tələbələrə kömək məqsədilə  ayrı-ayrı fakültələr üzrə “Dəstək qrupu” yaradılmışdır.