«DIRNA» LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİM TƏŞKİL OLUNUB

Xəzər Universitetinin koordinatoruluğu və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA) adlı Avropa Komissiyası Erasmus+ layihəsi çərçivəsində təlim təşkil edilib.

Təlim zamanı iştirakçılara layihə haqqında məlumat verilib. Qeyd edilib ki, layihə açıq girişi olan institusional repozitorlar şəbəkəsinin yaratmaq və səkkiz aparıcı Azərbaycan universitetində tədqiqat nəticələrinin idarə edilməsi kontekstində potensialın artırılması məqsədi daşıyır. Layihəyə 8 Azərbaycan və 3 Avropa ali təhsil müəssisəsi daxildir. Azərbaycan ali təhsil müəssisələrindən tərəfdaşlar aşağıdakılardır: Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Texniki Universitet, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti. Təlim zamanı 2023-cü il noyabrın 15-17-də İzmir Yüksək Texnologiya İnstitutuna səfər zamanı əldə edilmiş bilik və təcrübə iştirakçılar ilə paylaşılıb. Türkiyədə Açıq Elmin İnkişafı, Türkiyədə və İzmir Yüksək Texnologiyalar İnstitutunda İnstitusional Arxivlərin inkişafı haqqında məlumat verilib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti