“DIRNA” layihəsi çərçivəsində L’Aquila Universitetinə səfərdən sonra təlimlər keçirilib

          Xəzər Universitetinin koordinatoruluğu və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA) adlı Avropa Komissiyası Erasmus+ layihəsi çərçivəsində İtaliya Respublikasının L’Aquila Universitetində təşkil edilən təlimlərdən sonra Gəncə Dövlət Universitetində öyrənilən təcrübəni paylaşmaq üçün məlumatlandırıcı təlimlər təşkil edilib.

     Təlim zamanı universitet kitabxanalarının təhsil və tədqiqatın inkişafında rolu və tədqiqat informasiya sistemində “IRIS” açıq girişli resurslar haqqında danışılıb. Bundan başqa L’Aquila Universitetində kitabxana sistemi, onun fəaliyyəti, missiyaları, rəsmi saytı, açıq resursları və abunə bazaları, kitabxananin repozitariya sistemi, ümumilikdə İtaliya kitabxanalarının onlayn şəbəkələri ilə bağli çıxışlar dinlənilib.

Qeyd edək ki, layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəlliflərə aiddir, Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir, Aİ və EACEA onlara görə məsuliyyət daşımır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti