DOKTORANT VƏ DİSSERTANTLARLA GÖRÜŞ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.08.2014-cü il tarixli, 253 saylı sərəncamına əsasən 2014-cü ildə Gəncə Dövlət Universitetində Fəlsəfə doktoru Proqramı üzrə Doktoranturaya müsabiqə yolu ilə Analiz və funksional analiz, Diferensial tənliklər, Botanika, Təlim-tərbiyənin nəzəriyyəsi və metodikası, Ümumi pedaqogika, Pedaqogikanın və təhsilin tarixi, Ümumi tarix, Vətən tarixi, Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, Azərbaycan dili ixtisaslarına büdcə hesabına əyani təhsil üzrə 9 nəfər doktorant, Analiz və funksional analiz, Diferensial tənliklər, Botanika, Təlim-tərbiyənin nəzəriyyəsi və metodikası, Ümumi pedaqogika,pedaqogikanın və təhsilin tarixi, Ümumi psixologiya, Vətən tarixi, Sahə iqtisadiyyatı, Deformasiya olunan bərk cisim, Yarımkeçiricilər fizikası, Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, Azərbaycan ədəbiyyatı, Türk dilləri ixtisası üzrə 18 nəfər büdcə hesabına, bir nəfər isə ödənişli əsaslarla dissertant qəbul olunmuşdur.
02 fevral 2015-ci il tarixdə yeni qəbul olmuş doktorant və dissertantlarla elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin təlimat xarakterli görüşü olmuşdur. Görüşdə doktorant və dissertantların bundan sonrakı fəaliyyətləri aydınlaşdırılmış, vaxtında hazırlaşıb minimum imtahanlarını vermələri, hər il gördükləri işlər barədə hesabat təqdim etmələri nəzərlərinə çatdırılmışdır.
Görüşdə prorektor Pərvin Kərimzadə doktorant və dissertantları maraqlandıran suallara ətraflı cavablar vermişdir.