Doktorantura şöbəsi

Doktoranturada təhsil prosesləri Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” Qanunları, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ-hüquqi aktları və Gəncə Dövlət Universiteti-in daxili qaydaları ilə tənzimlənir.
Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsili dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.

Ümumi məlumat

Gəncə Dövlət Universitetinin Doktorantura şöbəsi elmi-pedaqoji kadrların hazırlanması, doktorluq və dissertasiya işlərinin idarə olunması, elmi tədqiqatların inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Şöbə universitetin elmi istiqamətlərinə uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru hazırlığını həyata keçirir.

Əsas məqsəd

Doktorantura şöbəsinin əsas məqsədi ali təhsilli mütəxəssislərin elmi tədqiqat fəaliyyətini dəstəkləmək, universitetin elmi potensialını gücləndirmək və beynəlxalq elmi standartlara cavab verən alimlərin yetişdirilməsini təmin etməkdir.

Fəaliyyət istiqamətləri

• Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbulun təşkili;
• Doktorant və dissertantların elmi rəhbərlərlə təmin olunması;
• Elmi-tədqiqat planlarının hazırlanması və icrasına nəzarət;
• Elmi seminarların, konfransların və təlimlərin təşkili;
• Dissertasiya işlərinin ekspertizasına və müdafiəsinə hazırlıq prosesinə dəstək.

Qəbul formaları

Doktorantura təhsili aşağıdakı formalar üzrə həyata keçirilir:
• Əyani (tam ştatlı təhsil forması);
• Qiyabi (işləyənlər üçün təhsil forması);
• Dissertantura (doktorantura qəbul imtahanlarını vermədən elmi iş üzərində çalışanlar üçün).

Əlaqə məlumatları
📞 Telefon: (+994 22) 266 01 88
📧 E-poçt: doktorantura@gdu.edu.az

Şöbə müdiri: Vəliyev Maqsud Rauf oğlu

1984-cü ildə Gəncə şəhərində anadan olub.

2006-ci ildə ASAU-nun Mühəndis İqtisadiyyatı və İdarə etmə  ixtisasını bitirmişdir. 2006-2008-ci illərdə Almaniyada (Freie Universität Berlin) Azad Universitet Berlində magistratura, səviyyəsində təhsil almışdır.

2015-2018 ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetdə Menecment və Aqrar Marketinq kafedrasında müəllim, 2017-2018 ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Elm şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2020-ci ildən Gəncə Dövlət Universiteti İnnovasiyalar Departamentinin İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsində Marketoloq vəzifəsində işləmişdir.

2024-cü ildən Gəncə Dövlət Universiteti Doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır.  Alman, ingilis, rus, fransız və çin dillərini bilir.