” Düşüncə gücü və pozitiv psixologiya ” adlı seminar təşkil olundu.
Oktyabrın 29 – da Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Gence Regional Psixologia Merkezi-nin birgə təşkilatçılığı ilə ” Düşüncə gücü və pozitiv psixologiya ” adlı seminar təşkil olundu.Seminarı Gəncə Regional Psixologiya Mərkəzinin direktoru Zahid Tagiyev keçdi. Seminarda düşüncə gücünün mexanizmləri real praktik yollarla açıqlandı.Seminar iştrakçılarına müsbət və mənfi düşüncə ,kodlaşdırmaq haqda müzkakirələr aparıldı. Videoçarx vasitəsi ilə pozitiv düşünmək, əhval ruhiyənin yüksəldilməsi sirləri kimi məsələlər gənclərə aşılandı. Gənclər seminardan yüksək fikirlər ilə ayrıldılar. Bu tipli seminarların təşkilinin gənclər üçün son dərəcə əhəmiyyətli olduğunu bildirdilər.