Elm və təhsil üzrə rektorun müşaviri

Kubışov İlqar Nadir oğlu
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent.
1971-ci ildə Gəncə şəhəri, ziyalı ailəsində anadan olmuşdur. 1988-1993-cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil almışdır. Əmək fəaliyyətinə 1996-cı ildən Gəncə Dövlət Universitetinin Tədris şöbəsində (indiki Tədris Departamenti) dispetçer vəzifəsindən başlamışdır. 1997-2006-cı illər ərzində tədris məsələləri üzrə prorektorun köməkçisi vəzifəsində, 2006-2012-ci illərdə rektorun köməkçisi, 2012-2015-ci illərdə rektorun məsləhətçisi və 2015-2022-ci illərdə isə rektorun müşaviri vəzifəsində çalışmışdır.
Sonrakı 2022-2023-cü illərdə Qiyabi təhsil şöbəsinin müdiri, 2023-2024-cü illərdə isə bir il müddətinə GDU-nun nəzdində Regional Kollecin direktoru vəzifəsini icra etmişdir.
07.07.2025-ci il tarixdən Gəncə Dövlət Universitetində Elm və təhsil üzrə rektorun müşaviri vəzifəsində çalışır.
İlqar Nadir oğlu Kubışov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarına əsasən riyaziyyat üzrə fəlsəfə doktoru, 2016-ci ildə isə dosentlik attestatına layiq görülmüşdür.
İ.N.Kubışov 37 elmi məqalə, 11 tezis, 7 fənn proqramı, 2 dərs vəsaiti və 1 dərsliyin müəllifidir.
Dəfələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Universiteti rəhbərliyinin “Təşəkkür” və “Fəxri fərman”ları ilə təltif olunmuşdur.
31.10.2018-ci il tarixində isə İlqar Nadir oğlu Kubışov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalına layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
