Elmi Şurada doktorantura və dissertanturada mövcud vəziyyət müzakirə olunub
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.
Əvvəlcə şura üzvləri gündəlik məsələlər barədə məlumatlandırılıb.
Sonra Elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadənin doktorantura və dissertanturada mövcud vəziyyət. Elmi kadrların hazırlığının daha da yaxşılaşdırılması haqqında, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin isə Tədris ilinin ikinci yarısında pedaqoji və istehsalat təcrübələrinin gedişi haqqında məlumatları dinlənilib.
Elmi Şurada Botanika kafedrasında boş olan dosent yerinə seçki üzrə biologiya üzrə fəlsəfə doktoru Yeganə Aslanovanın, Riyazi analiz kafedrasında boş olan dosent yerinə seçki üzrə riyaziyyat üzrə fəlsəfə doktoru Tahir Məmmədovun, həmçinin Anatomiya, fiziologiya və zoologiya kafedrasında boş olan dosent yerinə seçki üzrə aqrar elmlər üzrə fəlsəfə doktoru Günay Sadıqovanın Elmi Katib tərəfindən vəsatəti qaldırılıb və qəbul edilib.
Elmi Şura işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb