Elmmetriya-elm və texnikanın inkişaf indikatorları mövzusunda onlayn konfrans keçirilib
17 mart 2021ci ildə Clarivate platforması üzərindən Elmmetriya-elm və texnikanın inkişaf indikatorları mövzusunda onlayn konfransı keçirilmişdir. Konfransda Rusiya üzrə Thomson Reuters IP & Science bölməsinin rəhbəri O.Q.Utkin, UrFU Universitetinin rektoru V.A.Kokşarov və əməkdaşı M. A. Akoev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti A.R.Xoxlov, Moskva İdarəetmə Məktəbi Skolkovo direktoru A. Volkov, V. Clarivate-dən V.G. Bogorov və D.Pendleberi, Sankt-Peterburq Dövlət Universitetindən O. Moskaleva və digər V. A. Markusova, V. Pislyakov kimi alimlər çıxış etmişdir. Məlumdur ki, Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığa 2015-ci ildə start verilib. Qarşıya qoyulan əsas hədəf ali təhsilin məzmununda elmi fəaliyyətin dəstəklənməsindən ibarətdir. Hazırda ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi platformasına çıxışı təmin olunub Bakı, Gəncə və Naxçıvan şəhərlərində elm və təhsil xadimlərinin iştirakı ilə təlim və sertifikasiya proqramı təşkil edilib. Elm xadimlərinin qiymətləndirilməsində və inkişafında Elmmetriya göstəricilərindən geniş istifadə olunur. Bir çox universitet və tədqiqat institutları elmi məlumatların axtarışı üçün istinad bazalarına üz tutur. Web of Science informasiya saytında elmmetriya sahəsində aparıcı mütəxəssislərin kitabı təqdim edilmişdir. Onlayn konfransda Gəncə Dövlət Universitetinin İnnovasiya Departamentinin əməkdaşları iştirak etmişdir.