ERASMUS+ ”AESOP” LAYİHƏSİNİN NÖVBƏTİ İCLASI-VARŞAVA

2017-ci il aprelin 4-dən 6-dək Varşava  Universitetində  Erasmus+ proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment  for  Students  through  Ombudsman  Position”) layihəsinin regional tərəfdaşları üçün təlimi keçirildi. Təlimin əsas məqsədi Varşava Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq və onların həyata keçirdiyi təcrübələri öyrənməkdən ibarət idi.

         Görüşdə  Gəncə  Dövlət  Universitetinin əməkdaşları, Tədris-elektron şöbənin  müdiri  Elturan Yusifov, İKT şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Xarici dillər fakültəsinin Praktik xarici dillər kafedrasının baş müəllimi Samirə Nəbiyeva iştirak etdilər. Samirə Nəbiyeva Universitet haqqında təqdimatla çıxış etdi və son illərdə rəhbərlik tərəfindən Universitetdə aparılan köklü yeniliklərdən, uğurlu beynəlxalq əməkdaşlıqlardan və əsasən tələbə həyatından söz açdı.

         Qeyd edək ki, Universitetimizin Akaki Tresteli Dövlət Universiteti ilə birgə əməkdaşlıq müqaviləsi də mövcuddur.