Fəxri Doktorlar

VAYRA VİKE-FREYBERQA


Latviyanın keçmiş prezidenti, VVF Consulting İdarə Heyətinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, GDU-nun Fəxri Doktoru
• 1937-ci il dekabrın 1-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub.
• 1944-cü ildə ailəsi ilə Almaniyaya köçüb. İbtidai təhsilini Lüberkdəki (Almaniya) qaçqın düşərgəsində Latviya məktəbində almışdır.
• 1949-cu ildə ailəsi Mərakeşə köçdükdən sonra təhsilini Kasablankada (Mərakeş) fransız qızlar gimnaziyasında davam etdirmişdir.
• 1958-ci ildə Toronto Universitetində Viktoriya Kollecində bakalavr dərəcəsi almışdır.
• 1960-cı ildə Toronto Universitetində psixologiya üzrə magistr dərəcəsi almışdır.
• 1960-1961-ci illərdə Torontoda Psixiatriya Xəstəxanasında klinik psixoloq işləmişdir.
• 1965-ci ildə McGill Universitetində eksperimental psixologiya üzrə doktorluq dərəcəsi almışdır.
• 1965-1998-ci illərdə Monreal Universitetində çalışmışdır.
• 1998-1999-cu illərdə Latviya İnstitutuna rəhbərlik etmişdir.
• 1999-cu və 2003-cü illərdə iki dəfə Latviya Respublikasının prezidenti seçilmişdir.
• 2006-cı ildə BMT baş katibi vəzifəsinə rəsmi namizəd olmuşdur.
• 2007-ci ildə VVF Consulting İdarə Heyətinin sədri seçilmişdir.
• 2012-ci il 26 sentyabr tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilmişdir.
• 2015-ci ildə Azərbaycan Respubliksaı Prezidenti tərəfindən “Dostluq” ordeninə və 2022-ci ildə “Azərbaycan Respubliksı Prezidentinin fəxri diplomu”na layiq
görülmüşdür.


ROZA OTUNBAYEVA


Qırğızıstanın keçmiş prezidenti, GDUnun Fəxri Doktoru
• 1950-ci ildə avqustun 23-də Qırğızıstanın Frunze şəhərində (Bişkek) anadan olmuşdur.
• 1972-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
• 1975-ci ildə fəlsəfə elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və alimlik dərəcəsi almışdır
• 1975-ci ildə Qırğızıstan Dövlət Universitetində Dialektik materializm kafedrasının müdiri vəzifəsində çalışmışdır.
• 1986-cı ildə Otunbayeva xarici işlər naziri – Qırğızıstan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmişdir.
• 1989-1992-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində məsul katib, UNESCO üzrə SSRİ Komissiyasının sədri, SSRİ Xarici İşlər Nazirliyinin kollegiyasının üzvü vəzifələrində çalışmışdır.
• 1992-ci ildə Qırğızıstan Respublikasının baş nazirinin müavini, Xarici İşlər Naziri olmuşdur.
• 2009-2010-cu illərdə Qırğızıstan Sosial Demokrat Partiyasının fraksiyasının rəhbəri vəzifəsini icra etmişdir.
• 2010-2011-ci illərdə Qırğız Respublikasının Prezidenti olmuşdur.
• 2012-ci ildə Gəncə Dövlət Universitetinin Fəxri Doktoru seçilmişdir.


VALDİS ZATLERS

Latviyanın keçmiş prezidenti, Latviya Seyminin üzvü, GDU-nun Fəxri Doktoru
• 1955-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində anadan olmuşdur.
• 1979-cu ildə Riqa Tibb İnstitutunu bitirmişdir.
• 1985-ci ildə 2-ci Riqa Xəstəxanasında travmatologiya şöbəsinin rəhbəri olmuşdur.
• 1994-cü ildə Travmatologiya və Ortopediya üzrə Riqa Klinikasının baş həkimi olmuşdur.
• 2007-2011-ci illərdə Latviyanın prezidenti olmuşdur.
• 2011-ci il iyulun 23-də Zatlers İslahatlar Partiyasının Təsis Qurultayı keçirilmiş və onun rəhbəri seçilmişdir.
• 2013-cü il 5 may tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilmişdir.


İSMAYIL SERAGƏLDİN


İsgəndəriyyə kitabxanasının təsisçi direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, GDU-nun Fəxri Doktoru
• 1944-cü ildə Misir Ərəb Respublikasının Giza şəhərində anadan olmuşdur.
• 1972-ci ildə Harvard Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
• 1992-2000-ci illərdə Dünya Bankının vitseprezidenti olmuşdur.
• 1994-2000-ci illərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə məsləhətçi qrupunun sədri olmuşdur.
• 1995-2000-ci illərdə Parisin Fransa Kollecində Beynəlxalq Yoxsulluq Əleyhinə Bilik qurumunun professoru olmuşdur.
• Hollandiyanın Vageningen Universitetinin professorudur.
• 1996-2000-ci illərdə Qlobal Su Əməkdaşlığının Yoxsullara Yardım üzrə məsləhətçi qrupun təsisçisi və sabiq rəhbəri olmuşdur.
• 2006-cı ildən Afrika Birliyinin Biotexnologiya üzrə ali səviyyəli qruplarının həmsədridir.
• 2012-2013-cü illərdə Elm, Texnologiya və İnnovasiyalar üzrə Afrika Birliyinin həmsədridir.
• 2016-cı il 11 dekabr tarixində Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilmişdir.
• Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilmişdir.


BABANLI MƏHƏMMƏD BABA OĞLU


AMEA-nın müxbir üzvü, AMEA Kataliz və Qeyriüzvi Kimya İnstitutunun icraçı direktoru, GDU-unun Fəxri doktoru
• 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur.
• 1968-ci ildə Ağstafa şəhərində orta məktəbi medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur.
• 1973-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
• 1974-1977-ci illərdə BDU-nun Fiziki və kolloid kimya aspirantı olmuşdur.
• 1977-ci ildə Belarusiya Dövlət Universitetində “Tl2CVI-BIII2CVI3 (BIII-Ga, In; CVI-S, Se, Te) sistemlərinin faza tarazlıqları və termodinamik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
• 1986-ci ildə dosent elmi adı almışdır.
• 1988-ci ildə Moskva Dövlət Universitetində “Talliumun üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
• 1990-cı ildə professor elmi adı almışdır.
• 1992-1994-cü illərdə Bakı Dövlət Universitetinin axşam və qiyabi təhsil üzrə prorektoru vəzifəsində çalışmışdır.
• 1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professorudur.
• 2014-cü ildən AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna elmi işlər üzrə direktor müavini təyin olunmuşdur və həmin ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Hazırda AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktorudur.
• Məhəmməd Babanlının elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 40- dan çox kimya üzrə fəlsəfə doktoru hazırlanıb.
• Alimin ən mühüm elmi nailiyyətləri mürəkkəb qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqi üçün yeni rasional yanaşma təklif etməsi, onun nəzəri əsaslarını və metodoloji aspektlərini işləyib hazırlaması və geniş şəkildə reallaşdıraraq, funksional xassələrə malik çoxlu sayda yeni fazaların məqsədyönlü axtarışının, istiqamətli sintezinin elmi əsaslarını işləməsi ilə bağlıdır.
Professor M.Babanlı 4 monoqrafiya, 12 dərslik və dərs vəsaiti, 550-dən artıq məqalə və 5 patentin müəllifidir. Elmi məqalələrinin 300-dən çoxu “Web of Science” bazasında indekslənən yüksək impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir, onlara 5000-ə yaxın istinad olunmuşdur. O, 2016-cı ildə “Clarivate Analytics” beynəlxalq elmi-analitik informasiya şirkəti tərəfindən “Ən çox istinad olunan görkəmli elmi məqalə”yə görə diploma layiq görülmüş və Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyətinin mükafatı və diplomu ilə, 2015-ci ildə isə “Fiziki kimyəvi analizin inkişafında və yeni funksional materialların alınmasında böyük xidmətlərinə görə” REA-nın Kurnakov medalı və diplomu ilə təltif edilmişdir.
• 2017-ci il 6 fevral tarixində Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilib


BİLAL BİLALOV


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, GDUnun Fəxri Doktoru
• 1963-cü il yanvar ayının 2-də Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur.
• 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
• 1986–1989-cu illərdə MDU-nun əyani aspirant olmuşdur.
• 1989-cu ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün MDU-də akademik Y. İ. Moiseyevin rəhbərliyi altında “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda dissertasiyanı müdafiə etmişdir.
• 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır.
• 1993–1996-cı illərdə MDU-da doktoranturaya qəbul olmuş və orada 1996-cı ildə “Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri” mövzusunda fizikariyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını
müdafiə etmişdir.
• 1996-cı ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi işləmişdir.
• 2002-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyriharmonik analiz” şöbəsinin müdiridir.
• 2009-cu ildən professor, 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.
• 2017-ci il 6 fevral tarixində Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilmişdir.


ABBASOV VAQİF MƏHƏRRƏM OĞLU

Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Məhərrəm oğlu Abbasov görkəmli neft kimyaçı alim, korroziya duz və parafinçökmə inhibitorlarının, inhibitor-bakterisidlərin, antistatik aşqarların sintezi və onların öyrənilməsi, unikal Azərbaycan neftlərinin tədqiqi, sintetik neft turşularının sintezi, konservasiya mayelərinin alınması sahələrində tanınmış mütəxəssisdir.

Abbasov Vaqif Məhərrəm oğlu 1952-ci il oktyabrın 5-də Tərtər rayonunun Cəmilli kəndində müəllim ailəsində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqləndirmə diplomu ilə bitirmişdir. V.Abbasov əmək fəaliyyətinə kimya müəllimi kimi orta məktəbdə başlamış və 1973-cü ildə Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna aspiranturaya qəbul olmuşdur. 1978-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1991-ci ildə kimya elmlər doktoru elmi dərəcəsini, 1992-ci ildə professor elmi adını almışdır. Vaqif Abbasov 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. O, 1984-cü ildən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 2006-2021-ci illərdə şöbə müdiri, 2007-2008-cü illərdə eyni zamanda direktor müavini vəzifələrini icra etmişdir. Vaqif müəllim 2011-ci ildən AMEA NKPİ-də direktor seçilmişdir. 2021-ci ildən isə baş direktor vəzifəsində çalışır.

  • Akademik V.M.Abbasovun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın unikal neftlərinin tədqiqi, onların yeni emal proseslərinin yaradılması, nitrobirləşmələrin, metal komplekslərinin, yüksək molekullu aminlərin, amin kompleks-lərinin və çoxfunksiyalı antistatik aşqarların, inhibitorların, inhibitor-bakterisidlərin, konservasiya mayelərinin və sürtkülərinin yaradılması və onların təsir mexanizminin tədqiqi kimi problemlərin həllinə həsr olunmuşdur.
  • İlk dəfə olaraq, V.M.Abbasov üzvi nitrobirləşmələrin metal kompleksləri əsasında antistatik aşqarların sintezinin elmi əsaslarını işləyib hazırlamış və bu sahədə yeni elmi istiqamət yaratmışdır.
  • V.M.Abbasov tərəfindən işlənib hazırlanmış yüksək istismar xüsusiyyətlərinə görə öz analoqlarından fərqlənən yüksək effektli AP-L34-1 antistatik aşqarı Bakı Şin Zavodunda, Tbilisi Aviasiya Zavodunda və Perm Mühərriklər Zavodunda müvəffəqiyyətlə öz tətbiqini tapmışdır.
  • V.M.Abbasov tərəfindən korroziya inhibitorlarının yaradılması və onların tətbiqi sahələrində geniş tədqiqat işləri aparılmışdır. Karbamid və aminlər əsasında yeni növ fosfat komplekslərinin sintez üsulu yaradılmışdır. Onun rəhbərlıyi ilə «VFİKS-82», «Azəri», «Kaspi-2» və s. kimi çoxfunksiyalı korroziya inhibitorlarının istehsalı təşkil olunmuş, Təcrübə-Sənaye Zavodunda «VFİKS-82» inhibitorunun istehsalı üzrə sənaye qurğusu yaradılmışdır. Vaqif Abbasov «VFİKS-82» inhibitorunun istehsal texnologiyasına Rusiya Federasiyasının lisenziyasını almış və Başqırdıstanda Meleuz şəhərində illik gücü 20000 ton gücündə qurğu yaratmışdır. 1988-92-ci illərdə «VFİKS-82» və «Azəri» inhibitorları Ukraynada, Türkmənistanda və «Neft Daşları»nda (Azərbaycan) tətbiq olunmuşdur.
  • V.M.Abbasov 1988-1992-ci illərdə korroziya üzrə ASSOKOR Beynəlxalq Assosiasiyasının Rəyasət Heyətinin üzvü olmuşdur.
  • V.M.Abbasovun rəhbərliyi ilə «Kaspi-2», «Araz-1» və «Abşeron» adlı inhibitorlar yaradılmış, «Kaspi-2» inhibitoru Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda inhibitor kimi tətbiqini tapmışdır. «Kaspi-2» inhibitoru Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş “Azərneftyanacaq” İB) katalitik riforminq qurğusunda ABŞ-dan xarici valyuta ilə alınan «Yunikor» inhibitorunun əvəzinə ondan daha effektli olan inhibitor kimi tətbiq olunur.
  • V.M.Abbasov neftin ilkin emal qurğuları üçün «Kaspi-Х» neytrallaşdırıcı-inhibitor yaratmış və bu inhibitor Bakı Neft Emalı Zavodunda neftin ilkin emal qurğusunda tətbiq olunmuşdur.
  • V.M.Abbasovun rəhbərliyi ilə 1997-ci ildə çoxfunksiyalı parafinçökmə inhibitoru «Parkorin-l» yaradılmış və 1998-ci ildə istifadəsinə başlanılmışdır.
  • V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış «Xəzər» deemulqatoru və «Bakı» ərp həlledicisi 1998-ci ildən Bakı Neft Emalı Zavodunda tətbiq olunur.
  • Analoqlarından yüksək effektivliyi ilə fərqlənən «NKPİ-34-2» köpükəmələgətiricisi yaradılmış və sənayedə tətbiq olunmuşdur.
  • 2009-cu ildə V.M.Abbasovun rəhbərliyi ilə “Kaspi-X(M)” inhibitoru yaradılmış, Heydər Əliyev adına Neft Emalı Zavodunun kimyəvi təmizlənmiş su nəqli sistemini korroziyadan müdafiə üçün tətbiq edilmişdir.
  • 2011-ci ildə çoxfunksiyalı “Xəzər-24” deemulqator-inhibitoru yaradılmış, təcrübə-sənaye istehsalı təşkil edilmişdir.
  • V.M.Abbasov nitron turşuları əsasında çoxfunksiyalı inhibitor-bakterisidlərin yaradılması ideyasını irəli sürmüş və turşular əsasında çoxfunksiyalı reagentlərin yaradılmasının mümkünlüyünü təsdiq edilmişdir.
  • V.M.Abbasovun neft kimyası sahəsində apardığı tədqiqat işlərindən biri, dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin tədqiqinə həsr olunmuşdur.
  • İlk dəfə olaraq V.M.Abbasovun yaratdığı texnologiya əsasında Ağ Naftalan mazının istehsalı üçün texniki standartları Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və “Ağ Naftalan yağı” Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dərman preparatı kimi qeydiyyata alınmışdır.
  • 2017-ci ildə Tibbi Hidrologiya və Klimatologiya Beynəlxalq Cəmiyyətinin “42-ci Ümumdünya konqresi”ndə təşkil olunmuş beynəlxalq sərgidə “Ağ-Naftalan yağı” yüksək keyfiyyət sertifikatı almışdır.
  • “Ağ-Naftalan yağı” 2017-ci ildə Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydə alınıb. Hazırda “Ağ-Naftalan yağı” və Azərbaycanın dərman bitkilərinin yağları əsasında yeni 7 dərman vasitəsi işlənib hazırlanıb.
  • Akademik V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış bitum üçün V-2 adgeziya aşqarı 2015-ci ildən Azərbaycan Respublikasının yol tikintisində uğurla istifadə olunur.
  • Akademik V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış “Azofos” adlı iki qida elementli və “Azofos-K” adlı üç qida elementli gübrələri 2017-ci ildən başlayaraq tətbiq olunur. Bu gübrələr tullantısız texnologiya ilə alınır və bitkilərin yüksək məhsuldarlığını təmin edir.
  • Onun ideyası ilə bitkilərin boy stimullaşdırıcıları olan “Qarabağ-1”, “Qarabağ-2”, “Qarabağ-3 və “Qarabağ-4” reagentləri işlənib hazırlamışdır.
  • Vaqif Abbasovun rəhbərliyi ilə yaradılmış Parkorin-22 A inhibitor-depressant və Parkorin-22 parafinçökmə inhibitorunun 2022-ci ildə sənaye istehsalı təşkil olunmuşdur.
  • V.M.Abbasov ixtisaslı kadrların hazırlanması sahəsində böyük iş aparır. Onun rəhbərliyi ilə 41 fəlsəfə doktoru və 14 elmlər doktoru müdafiə etmişdir.
  • Vaqif Abbasov həm də böyük elmi-təşkilati və ictimai işlər aparır, elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyalarının müdafiəsi üzrə ED 1.16 dissertasiya şurasının sədridir.
  • Vaqif Abbasov Azərbaycan təhsilinin də inkişafına böyük töhfələr verib. 1992-ci ildən 2013-cü ilə qədər Təhsil Nazirliyinin məktəblilərin Kimya Olimpiadasının Respublika tu¬ru¬nu keçirən münsiflər heyətinin sədri, 2001-2013-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində kimya üzrə ekspert komissiyasının və seminarın sədri olmuşdur. V.M.Abbasov 2001-ci ildən Elm və Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının “Kimya və kimya texnologiyası” bölməsinin sədridir. 2003-cü ildə Təhsil Problemləri İnstitutu ilə birlikdə “Kimya məktəbdə” elmi-metodiki jurnalı təsis etmişdir və onun baş redaktorudur.
  • 2000-cü ildən AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda “Neft Kimyası və Neft Emalı Prosesləri” jurnalı təsis olunub, Vaqif müəllim həmin ildən “Neft Kimyası və Neft Emalı Prosesləri” elmi jurnalının baş redaktorunun müavini, 2016-cı ildən bu jurnalın baş redaktorudur. Bu jurnal beynəlxalq nüfuzlu jurnalların siyahısına salınmış az saylı elmi jurnallardan biridir.
  • V.M.Abbasov elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə 2005-ci ildə “Azərbaycanın Əməkdar Müəllimi” fəxri adına layiq görülmüş və “Şöhrət” ordeni ilə təltif olumuşdur.
  • V.M.Abbasov 2000-2005-ci illərdə Azərbaycan məktəblilərinin Ümumdünya olimpiadalarında, müxtəlif illərdə Beynəlxalq Mendeleyev Kimya olimpia¬dalarında iştirak edən komandaların rəhbəri olmuşdur.
  • V.M.Abbasov bir sıra xarici təşkilatlar tərəfindən mükafatlara, ordenlərə və adlara layiq görülmüşdür. O, 2009-cu ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) elm və texnologiya üzrə baş mükafatına layiq görülmüşdür. O, 2009-cu ildə Avropa Biznes Assambleyasının mükafatını almış, 2013-cü ildə “Elmdə ad” Sokrat mükafatına və ordeninə layiq görülmüş, elə həmin ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyasının akademiki seçilmiş və “Uluslararası Altın Yıldız Madalyası” ilə təltif olunmuşdur, eləcə də Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının həqiqi üzvü seçilmiş, Kuratorluq və Elmi Şuranın qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə “Əsas Qızıl Cəngavər ulduzu”na layiq görülmüş, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyası “Neft və Qaz” seksiyası üzrə xarici üzv seçilmişdir.
  • 2014-cü ildə elm sahəsindəki fəaliyyətinə görə Avropa Əməkdar Elm Xadimi adına, eyni zamanda Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Xidmətə görə” Böyük Gümüş Xaç ordeninə layiq görülmüşdür. Rusiya Federasiyası Təbiət Elmləri Akademiyası “Neft və Qaz” seksiyası üzrə xarici həqiqi üzvü seçilmişdir.
  • 2015-ci ildə böyük nailiyyətlərinə görə Rusiya Elm və İncəsənət Akademiyası laureatının Qızıl medalı ilə təltif olunmuş və “Kim kimdir?” Ümumdünya nəşrinin biblioqrafik sorğu kitabının laureatı seçilmişdir.
  • 2019-cu ildə akademik Vaqif Abbasov “Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respub¬likası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.
  • 2020-ci ildə, akademik Vaqif Abbasov “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunmuşdur.
  • 2022-ci ildə akademik Vaqif Abbasov Kazan Milli Təd¬qiqat Texnoloji Universi¬tetinin fəxri doktoru və Ufa Dövlət Neft Texniki Universitetinin fəxri profes¬soru seçilmişdir.
  • AMEA-nın Rəyasət Heyətinin 5 sentyabr 2022-ci il qərarı ilə akademik V.M.Abbasov 70 illik yubileyi ilə əlaqədar olaraq Yusif Məmmədəliyev adına Xatirə nişanı ilə təltif olunub.
  • Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa İli”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə akademik Vaqif Abbasov 2022-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir.
  • Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə Vaqif Abbasov “Türk Dünyasının Fəxri Elm Adamı” Beynəlxalq Mükafatı və Türk dünyası elminə və təhsilinə böyük xidmətlərinə görə “Avropa Şərəf Ordeni” ilə də təltif edilmişdir.
  • Azərbaycan kimya elminə verdiyi dəyərli töhvələrinə, gənc alim və tədqiqatçıların , doktorantların yetişdirilməsindəki xidmətlərinə görə və 70 illik yubileyi münasibəti ilə 23 noyabr 2022-ci il tarixində Bakı Ali Neft Məktəbinin Fəxri Alim Diplomu ilə təltif olunub.
  • AMEA Rəyasət Heyətinin 13 mart 2023-cü il tarixli qərarı ilə əsərlərinə ən çox istinad edilməsində fərqləndiyinə görə Vaqif Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının “İstinadda rekord” diplomu ilə təltif olunub
  • 19 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək davam etmiş lokal xarakterli antiterror əməliyyatlarında Kəlbəcər hərbi hospitalının şəxsi heyətinin arxa təminat işlərinə yaxından kömək etdiyinə görə Vaqif Abbasov Fəxri Fərmanla təltif olunub.
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 26 oktyabr 2023-cü il tarixli əmri ilə Vaqif Abbasov “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.
  • Vaqif Abbasov Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.
  • Professor 1590 əsərin, o cümlədən, 91 patent və müəlliflik şəhadətnaməsinin, 6 ixtiraya dair iddia sənədinin, 647 elmi məqalənin, 645 tezisin, 84 publisistik məqalənin, 9 monoqrafiyanın, 24 dərslik, 23 dərs vəsaitinin, 23 publisistik kitabın, 18 elmi kitabın müəllifi, 20 kitabın redaktorudur.
  • “Bioloji varlıqdan şəxsiyyətə ucalmaq yolu”, “Müdrik kəlamlar”, “Liderlik fəlsəfəsi”, “Ünsiyyətdən başlanan ucalmaq yolu”, “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” (I (2010), II (2013), III (2020), IV (2021), V (2023) cildi Ulu Öndər Heydər Əliyevin xatirəsinə ithaf olunub), VI (2023) , “Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları”, “Ömür yoluma suallarla səyahət”, “Qarabağ Azərbaycandır”, “Uğurlu insan olmaq yolu”, “Ulu öndər Heydər Əliyevin neft və neft emalı strategiyası” , “Öyrənmək və dərk etmək, uğurlu yaşam demək” , “Türkiyə, Azərbaycan, yeni Turan yaradan” adlı publisistik kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır.
  • 2002-ci ilin mayın 27-dən Yeni Azərbaycan Partiyasının üzvüdür. AMEA təşkilatları arasında ilk partiya özəyini akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradıb və özəyin rəhbəri olub. 2005-2011-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü olub.
  • 2024-cü ildə Gəncə Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.