” Fikir Çərşənbəsi ” adlı lahiyəyə start verildi.
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı yeni bir lahiyəyə başladı. Lahiyənin adı ” Fikir Çərşənbəsi ” . Bu lahiyənin məqsədi hər həftə öz işində uğur qazanmış 1 nəfərin gənclərlə görüşünü təşkil etmək , fikr mübadiləsi aparmaq və önəmlisi gənclər özlərini maraqlandıran sualların cavabını tapmağa yardımçı olmaq.Bu günkü qonağımız Gəncə Şəhər İcra Hakimiyyəti -nin rəsmisi Kənan Məmmədov oldu. 2 saatdan artıq çəkən görüşdə maraqlı məsələlərə toxunuldu və maraqlı müzakirə aparıldı.