FİLOLOGİYA FAKÜLTƏSİNDƏ İNTELEKTUAL YARIŞ
Dekabrın 24 – də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə intelektual yarış keçirildi. Fərdi şəkildə təşkil olunan və 25 sualdan ibarət olan intelektual yarışda tələbələr həvəslə iştirak edib, öz bilik və bacarıqlarını sınaqdan keçirdilər.
Ən çox düzgün cavab verən 3 nəfər tələbə müəyyənləşdirilib hədiyyə ilə mükafatlandırıldı.
Gənclərin intelektual səviyyəsinin yüksəldilməsi məqsədilə belə intelektual yarışların tez -tez təşkili Tələbə Gənclər Təşkilatının əsas vəzifələrindən birinə çevrilib.