Gəncə Dövlət Universitetində mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib

                     Gəncə Dövlət Universiteti və Gəncə 2 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda Mediasiya” adlı maarifləndirici görüş keçirilib.

        Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq mediasiyanın cəmiyyət üçün aktual məsələ olduğunu diqqətə çatdırıb.

       Tədbirdə Gəncə 2 saylı Mediasiya Təşkilatının rəhbəri Anar Abdullayev, təşkilatın mediatorları-Azər Qurbanov, Samir Zeynalov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Rəşad Babayev vətəndaşlar arasında baş verən mübahisələrin həlli məsələsində mediasiyanın əhəmiyyəti, Azərbaycanda mediasiya sahəsində qanunvericilik aktları, mediasiya prosesinin tətbiqi, prinsipləri, tərəflərin hüquq və vəzifələri, mediasiyada vəkillərin rolu barədə məlumat veriblər. 

        GDU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov çıxış edərək universitetin Mediasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.

       Sonda tədbir iştirakçılarını maraqlandıran suallar moderatorlar tərəfindən ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti