Gəncə Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğu keçirilib

Təhsil Tələbə Krediti Fondunun  fəaliyyəti ilə bağlı kəmiyyət və keyfiyyət göstəricisinin, vətəndaş məmnuniyyətinin müəyyən edilməsi məqsədilə “Prima Consalting” MMC-nin səlahiyyətli əməkdaşları Gəncə Dövlət Universitetində olublar, 3 kateqoriya üzrə – Təhsil tələbə kreditindən yararlanmış tələbələrin valideynləri, Təhsil Tələbə Krediti almağa hüququ olan, lakin kreditdən yararlanmamış tələbələr və universitet əməkdaşları arasında ictimai sorğu keçiriblər.

Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Təhsil Tələbə Krediti Fondunun Universitet üzrə məsul nümayəndəsi Sevinc Quliyeva qonaqları auditoriyaya təqdim edərək görüşün məqsədindən söhbət açıb.

Daha sonra “Prima Consalting” MMC-nin səlahiyyətli əməkdaşı Allahverdi Şəfiyev suallar əsasında Gəncə Dövlət Universiteti üzrə Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı auditoriyanın fikrini öyrənib.

Sonda valideyn, tələbə və təhsil işçilərinin sualları ətraflı cavablandırılıb, təklifləri qeydə alınıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti