GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN IV KURS TƏLƏBƏSİNİN UĞURU

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında “boşluq” (“remote code execution”) tapdığına görə İnformasiya Texnologiyaları fakültəsinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Kristian Heymer  Gəncə Dövlət Univesitetinin İqtisadiyyat-idarəetmə  fakültəsinin  IV kurs tələbəsi Veysəl Xankişiyevə  təşəkkür məktubu göndərmişdir.

Məktubda Harvard Universiteti İnformasiya Texnologiyaları fakültəsi İnformasiya Təhlükəsizliyi Departamenti Veysəl Xankişiyevə alt domeni ələ keçirdiyini və problemin necə ortaya çıxmasını bildirdiyinə görə təşəkkür edib. Harvard sistem və şəbəkəyə təsir göstərən informasiya təhlükəsizliyindəki problemlər haqqında məlumatı yüksək qiymətləndirib.

Qeyd edək ki, bu, 21 yaşlı tələbənin ilk işi deyil. O daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, “Microsoft” və s. kimi dövlət müəssissələrin və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb. Veysəl Xankişiyev  əslən Füzulidəndir.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ