Gəncə Dövlət Universitetinin keçmiş məzunları illər sonra yenidən görüşüblər

     Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin məzunları (1978-1982-ci illər) 41 il sonra doğma təhsil ocağında yenidən görüşüblər.

      Gəncə Dövlət Universitetinin 2-ci korpusunun akt zalında baş tutan görüşdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva ali təhsil ocağının rəhbərliyi adından keçmiş məzunları salamlayıb, son illərdə GDU-da əldə edilən yeniliklər və qazanılan uğurlar barədə məlumat verib.

   Müxtəlif bölgələrdə əmək fəaliyyətləri ilə universitetin  adını yüksəldən, professor-müəllim heyətinin  etimadını doğruldan, ölkə elminə  töhfələr verən 41 ilin məzunları tələbəlik illəri barədə xoş və kövrək xatirələrini bölüşüblər, tədbirin təşkilinə dəstək verən Gəncə Dövlət Universitetinin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. 

    Məzunlar universitetdə qazanılan uğurlara görə fəxr etdiklərini vurğulayıblar.

     Sonda görüşdə iştirak edənlər xatirə fotosu çəkdiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti