Gəncə Dövlət Universitetinin Keyfiyyət Təminatı Mərkəzinə (KTM) bir neçə ştat üzrə vakansiya elan edilir!

Təhsil infrastrukturu zəruri amil olsa da, bilik və bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə olunur. Son dövrlərdə bir sıra ölkələr tərəfindən təhsilin inkişafı məqsədi ilə təhsil infrastrukturuna, həmin infrastrukturun yeni avadanlıqlarla təchizatına xeyli vəsait xərclənsə də, həmin ölkələrdə təhsilin nəticələrində müsbət irəliləyiş əldə edilməmişdir. Ümumi təhsil pilləsini bitirməsinə baxmayaraq, hesab, oxu və yazı vərdişlərinə malik olmayan çoxlu sayda insanlar vardır. Həmin səbəblərdən təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməlidir.

Keyfiyyətin Təminatı Mərkəzinə aşağıdakı vəzifələr üzrə vakansiya elan olunur:

Mərkəzin müdiri – 1 nəfər;

Mütəxəssis – 2 nəfər.

Əsas vəzifə öhdəlikləri:

  • Qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəriciləri haqqında məlumatlı olmaq;
  • Təhsil pillələrinin bütün səviyyələrini əhatə edən qiymətləndirmə mexanizmləri haqqında məlumatlı olmaq;
  • Keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmləri, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sistemləri haqqında məlumatlı olmaq;
  • Təhsil proqramları, tədris resursları, təlim metodikaları və tədris-metodik təminatın hazırlanması, təsdiq olunması və dövri olaraq monitorinqi üçün prosedurlar-qaydalar haqqında məlumatlı olmaq;
  • Tələbəyönümlü təhsil, tədris və qiymətləndirmə sistemi haqqında məlumatlı olmaq;
  • Dövri olaraq özünüqiymətləndirmə aparmaq və keyfiyyət təminatı standartlarına əməl etmək bacarığına malik olmaq;
  • Tədris-proqram sənədləri və metodiki materialları haqqında məlumatlı olmaq.

Əsas tələblər:

  • Əla Kompüter bacarığının olması;
  • Azərbaycan, ingilis və rus dillərində mükəmməl danışma, yazma və redaktə etmək bacarığı;
  • Sosial şəbəkə təcrübəsi və sosial analitik alətlərinin bilikləri;
  • Keyfiyyət təminatı ilə bağlı digər biliklərin olması.

Müraciət tarixi:

01.02.2022 – 01.03.2022