Gəncə Dövlət Universitetinin məzunlarının MİQ imtahanında əldə etdikləri uğurları

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtsası üzrə məzunları da bu il  MİQ imtahanında yüksək bal toplamışlar.

2017-ci il Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olan universitetin bu ilki məzunları olan Zərifə Məhərrəmova , Xəyalə Abbasova , Lamiyə Cəfərova , Leyla Muxtarova , Günel Alcanlı , Günel Həsənova , Firuzə Məmmədova , Həbibə Kərimova , Günay Quliyeva , Günel Mustafayeva və Leyla Bağırova  MİQ imtahanlarında yüksək nəticə əldə ediblər.

Belə ki, Zərifə Məhərrəmova 59 , Xəyalə Abbasova 59 , Lamiyə Cəfərova 59 , Leyla Muxtarova 58 , Günel Alcanlı 57 , Günel Həsənova 56, Firuzə Məmmədova 55 , Həbibə Kərimova 55 , Günay Quliyeva 54 , Günel Mustfayeva 54 və Leyla Bağırova 54 bal toplayıblar.

Məzunlar bildiriblər ki, məqsədə çatmaq üçün çalışmaq, öz üzərində işləmək, daim öz ixtisasınla bağlı axtarışda olmaq yüksək nailliyyətlər üçün əsas məsələdir. Onlar topladıqları bala ən uyğun vakant yeri seçərək şagirdlərinin ən sevilən müəllimlərindən olmaq, öz şagirlərinə elmin mükəmməlliklərini öyrətmək arzusundadırlar.

Gəncə Dövlət Universitetinin rektorluğu və kollektivi adından məzunlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti