GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ 2024/2025-Cİ TƏDRİS İLİNDƏ TƏKRAR (ƏLAVƏ) ALİ TƏHSİL ALMAQ ÜÇÜN SƏNƏD QƏBULU ELAN EDİR

Gəncə Dövlət Universiteti (GDU) 2024/2025-ci tədris ilində təkrar (əlavə) ali təhsil almaq üçün sənəd qəbulu elan edir. Təkrar (əlavə) ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ elektron portalı vasitəsilə həyata keçirilir.

  1. Tərcümə (ingilis) (əyani)
  2. Biologiya (əyani)
  3. Kimya (əyani)
  4. Ekologiya mühəndisliyi (əyani)
  5. Kompüter elmləri (əyani)
  6. Dövlət və bələdiyyə idarərtməsi (əyani)
  7. Maliyyə (əyani)
  8. Menecment (əyani)
  9. Mühasibat (əyani)
  10. Psixologiya(əyani)
  11. İqtisadiyyat (əyani, qiyabi)
  12. Biznesin idarə edilməsi (əyani, qiyabi)
  13. Tarix (əyani,qiyabi)
  14. Sosial iş (əyani, qiyabi)
  15. Məşqçilik (əyani,qiyabi)
  16. Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (əyani,qiyabi)
  17. Marketinq (əyani,qiyabi)
  18. Turizm işinin təşkili (əyani, qiyabi)
  19. Ekologiya (əyani)
  20. Turizm bələdçiliyi (əyani, qiyabi)
  21. Kimya mühəndisliyi (əyani)

Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  https://portal.edu.az/ elektron portala yükləyərək müraciət göndərməlidir:

  • ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) əsli (pdf, jpg formatında),
  • xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə əsli (pdf, jpg formatda);

Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil – əyani və qiyabi təhsil formasında Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

Sənəd qəbulu prosesi 29 May 2024-cü il tarixdən başlanmış, 31 avqust 2024-cü il saat 18:00-da bitəcək.