GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KORONAVİRUS EPİDEMİYASINA QARŞI CİDDİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Dünyanı cənginə almış koronavirus epidemiyasının bir çox ölkələrdə ölümlə nəticələnməsinin artımı  barədə xəbərlər yayılır. Bu dəhşətli xəstəliyə qarşı respublikamızda da bir sıra qabaqlayıcı tədbirlər görülür. Ölkə başçısının nəzarətində olan tədbirlərlə bağlı koronavirus epidemiyasının yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə Gəncə Dövlət Universitetində qabaqlayıcı tədbirlər davam etdirilir.

           Gəncə Dövlət Universitetində keçirilən Elmi Şurada da bu barədə ətraflı söhbət getmiş, bununla bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Universitetin kafedra müdirlərinin, dekanların, eləcə də rəhbər vəzifəli şəxslərin iştirak etdiyi toplantıda çıxış edən universitetin rektoru, professor Yusif Yusibov bu dəhşətli virusun törətdiyi bəlalardan danışmışdır.

            Sonra rektor Yusif Yusibov universitetdə koronavirusa qarşı aparılacaq qabaqlayıcı tədbirlərin mütəşəkkil keçirilməsi istiqamətində kollektiv üzvlərinin üzərinə düşən vəzifələrlə bağlı tapşırıqlar vermişdir.

30 mart universitetdə dezinfeksiya işləri aparılmışdır. Dezinfeksiya işləri başa çatdıqdan sonra heç kimin həmin otaqlara  daxil olmasına icazə verilməmişdir.