GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ QİYABİ FORMADA TƏHSİL ALAN TƏLƏBƏLƏRİN DƏRSLƏRİ BAŞLAYIB
05 yanvar 2026-cı il tarixdə Gəncə Dövlət Universitetində qiyabi formada təhsil alan tələbələrin 2025/2026-cı tədris ili üçün payız sessiyası başlayıb. Dərslər yanvar ayının sonuna kimi davam edəcək.
Qiyabi formada təhsil alan tələbələr üçün dərslərin yüksək səviyyədə təşkili, gənclərin zəruri dərsliklərlə təminatı və imtahanların obyektiv, şəffaf keçirilməsi universitet rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır.



