Gəncə Dövlət Universitetində tələbələrin maliyyə savadlılığının artırılması ilə bağlı təlim keçirilib
Gəncə Dövlət Universitetində Access Bank QSC-nin əməkdaşları tərəfindən tələbələrin maliyyə savadlılığının artırılması ilə bağlı təlim təşkil olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək iştirakçıları salamlayıb və təlimin əhəmiyyətindən danışıb. Prorektor qeyd edib ki, təlimin məqsədi tələbələrin gələcək karyera inkişafına dəstək olmaq və bu sahə üzrə bilik və bacarıqların artırılmasına töhfə verməkdir.
Təlimdə Access Bank QSC-nin İnsan Kapitalı Departamentinin Təhsil və inkişaf şöbəsinin rəhbəri Xumar Hüseynova “Maliyyə savadlılığı” və Biznes Partnyorluq şöbəsinin rəhbəri İlhamə Rüstəmli “Davamlı inkişaf, karyera planlaması” mövzularında çıxış ediblər.
Məruzəçilər maliyyə savadlılığının şəxsi inkişaf və karyera planlaşdırılmasında rolu, düzgün maliyyə qərarlarının qəbul edilməsi, təhlükəsiz bank əməliyyatları, eləcə də rəqəmsal bankçılıq xidmətlərindən istifadənin əhəmiyyəti barədə məlumat veriblər.
Təlimdə tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





