Gəncə Dövlət Universitetində yeni istirahət güşəsi açılıb
Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunun həyətində müəllim və tələbələr üçün yeni istirahət güşəsinin açılışı olub. Açılışda Universitetin rektoru Yusif Yusibov, eləcə də professor-müəllim heyyəti iştirak edib. Burada məlumat verilib ki, müəllim və tələbələr üçün istirahət güşəsində hər cür şərait yaradılıb. Əraziyə yeni oturacaqlar qoyulub, işıq dirəkləri basdırılıb eləcə də ağaclar və gül-çiçək kolları əkilib, həmçinin yerə tamet daşları da döşənib. Universitetin əməkdaşları və tələbələr asudə vaxtlarını burada səmərəli keçirə bilərlər.
Qeyd edək ki, Gəncə Dövlət Universitetin də aparılan quruculuq və abadlıq işləri çərçivəsində bütün korpuslarda işlər görülüb. Korpusların həyətində təyin olunan yerlərdə oturacaqlar qoyulub, yaşıllıqlar salınıb, eləcə də işıq dirəkləri basdırılıb. Bundan başqa yeni labaratoriyyalar açılıb, avadanlıqlarla da təmin edilib. Görülən işlər bundan sonra da mərhələli şəkil də davam etdiriləcəkdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti








