Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Musiqi fənləri kafedrasının kollektivi yaz semestirini uğurla başa vurub

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Musiqi fənləri kafedrasının  kollektivi  2024-2025-ci tədris ilinin yaz semestrində beynəlxalq və respublika elmi-praktik, elmi-ifaçılıq konfranslarında uğurla iştirak edib. Bununla bağlı olaraq kollektivlə Universitet də görüş keçirilib. Görüşdə rektorun baş müşaviri Asif Cavadov, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək kollektivin qazandıqları bu nailiyyətlərlə bağlı təbrik ediblər. Qeyd edilib ki, “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti yaz semestirində beynəlxalq və respublika elmi-praktik, elmi-ifaçılıq konfranslarında ümumilikdə 20 sertifikat, 3 diplom qazanıb. Həmçinin  “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrə 13 sertifikat və 3 diplom da təqdim olunub.