Gəncə Dövlət Universitetinin tələbələri “Həmkarlar İttifaqı təqaüdü”nə layiq görülüblər
3 mart 2026-cı il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.
2024/2025-ci tədris ilində yüksək akademik göstəriciləri və ictimai fəallığı ilə seçilən Gəncə Dövlət Universitetinin 5 tələbəsi də “Həmkarlar İttifaqı təqaüdü”nə layiq görülüb.
Təqdimetmə mərasimində çıxış edənlər diqqətə çatdırıblar ki, layihə tələbələr arasında elmə marağın artırılması, sosial fəallığın gücləndirilməsi və həmkarlar ittifaqı dəyərlərinin təşviq olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs təhsildə yüksək akademik nəticələr göstərən, ictimai fəallığı, təşkilatçılıq bacarığı və həmkarlar ittifaqı hərəkatında aktiv mövqeyi ilə seçilən tələbələrin stimullaşdırılmasına xidmət edir. Akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı uğurlu təşəbbüslərdən biridir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





