GDU-da 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetində  5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, 5 oktyabr tarixi həyatını xalqın işıqlı gələcəyinə həsr edən, insanların layiqli vətəndaş kimi yetişməsində əvəzsiz rolu olan müəllimlərin peşə bayramıdır. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.  Beynəlxalq Müəllimlər Günü  YUNESKO-nun qərarı ilə 1966-cı ildən, Azərbaycanda isə  1993-cü ildən qeyd edilir.

 Tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Universitet AHİK-in sədri Afaq Qasımova ölkəmizdə təhsilin inkişafı istiqamətində aparılan islahatlardan danışıblar və  artıq bunun da  öz bəhrəsinin verdiyini bildiriblər.

   5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rektorluğun təşəbbüsü ilə hər bir əməkdaşa, Universitet AHİK-in xətti ilə isə bir qrup müəllimə pul mükafatı və hədiyyələrin verildiyi diqqətə çatdırılıb.

 Sonda  Musiqi fənləri kafedrasının tələbələrinin ifasında mahnılar səsləndirilib.