GDU-da “Cəmiyyətə psixoloji baxış” adlı elmi seminar keçirilib

Gəncə Dövlət Universitetində Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyəti və Psixologiya kafedrasının təsəbbüsü ilə “Cəmiyyətə psixoloji baxış” adlı elmi seminar keçirilib.

Elmi seminarda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova elmi seminarın əhəmiyyətini vurğulayıb.

Pedaqoji fakültənin Humanitar məsələlər üzrə dekan müavini İlqar Haqverdiyev, Pedaqoji fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin rəhbər müəllimi Telli Cabbarova və fakültənin Tədris məsələləri üzrə dekan müavini Günay Kazımova çıxışlarında bildiriblər ki, tələbələrin müraciət etdikləri mövzular aktuallığı ilə seçilir.

Daha sonra tələbələrin elmi məruzələri dinlənilib, 6 tələbəyə sertifikatlar təqdim edilib.