GDU-da “Elm və innovasiya ayı” çərçivəsində dəyirmi masa, seminar və müsabiqələrin keçirilməsi planlaşdırılır

Azərbaycan Respublikasının Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilir. Sərəncamın imzalandığı gündən bu günə martın 27-si ölkədə elmi ictimaiyyətin bayramı kimi qeyd edilir, elmin inkişafı, təbliği və innovasiyaların dəstəklənməsi ön plana çəkilir.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun əmri ilə cari ilin mart ayı universitetdə “Elm və innovasiya ayı” olaraq elan edilib və xüsusi olaraq hazırlanmış Fəaliyyət Planı təsdiq edilib.
Fəaliyyət Planına uyğun olaraq mart ayı ərzində dəyirmi masaların, seminarların, görüşlərin, müsabiqələrin keçirilməsi planlaşdırılır. Bütün fəaliyyətlərin icrasına dair məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə mütəmadi olaraq xəbərlər paylaşılacaqdır.