GDU-da icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
Gəncə Dövlət Universitetində “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək son illərdə ölkəmizdə səhiyyə sahəsində aparılan uğurlu islahatlardan və icbari tibbi sığortanın əhəmiyyətindən bəhs edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialının rəhbəri Kamal Həsənov çıxışında vurğulayıb ki, tədbirin keçirilməsində məqsəd universitet əməkdaşlarını və tələbələri icbari tibbi sığorta sisteminin üstünlükləri barədə məlumatlandırmaqdır.
Tədbirdə icbari tibbi sığorta sisteminin mahiyyəti, müraciət qaydaları və göstərilən tibbi xidmətlər barədə ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının mövzuya dair sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti