GDU-da ikili diplom proqramı çərçivəsində təcrübə mübadiləsinin ikinci mərhələsi uğurla yekunlaşıb

     İkili diplom proqramı çərçivəsində  Dokuz Eylül Universitetinin əməkdaşlarının Gəncə Dövlət Universitetində keçdikləri təcrübə mübadiləsinin ikinci mərhələsi bu gün yekunlaşıb.

    Bununla əlaqədar Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov təcrübə mübadiləsini uğurla başa vuran Dokuz Eylül Universitetinin professoru Arzu Görməz və dosent Pelin Balçık ilə görüş keçirib.

    Universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənovun, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyevin və fakültənin  humanitar məsələlər üzrə dekan müavini Yeganə Aslanovanın iştirak etdiyi görüşdə universitetlərarası elmi əməkdaşlıqdan və ikili diplom proqramının əhəmiyyətindən danışılıb.

     Rektor Yusif Yusibov Dokuz Eylül Universitetinin rəhbərliyinə və təcrübədə iştirak edən müəllimlərə təşəkkürünü bildirib.  

      Görüş zamanı 2 həftə ərzində təcrübə mübadiləsi çərçivəsində görülən işlərdən danışılıb, türkiyəli müəllimlərin GDU-nun Kimya-biologiya fakültəsində  müxtəlif mövzularda keçdiyi seminarlar və təcrübə mübadiləsi aparmaq məqsədilə iştirak etdiyi ekspedisiya barəsində söhbət açılıb.  

    Qeyd edək ki, qarşılıqlı elmi təcrübə mübadiləsi bundan sonra da davam etdiriləcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti