GDU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüzivuniversitet modeli” (İTİC2026) adlı IV beynəlxalq elmi-praktik konfrans keçiriləcək
16 aprel 2026-cı il tarixdə Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüzivuniversitet modeli” (İTİC2026) adlı IV beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın regional bölməsi Gəncə Dövlət Universiteti ilə birgə 18 aprel 2026-cı il tarixində Gəncə şəhərində baş tutacaq. Regional bölmə inklüziv təhsilin regional müstəvidə tətbiqi, alitəhsil müəssisələrinin bu prosesdə rolu və yerli təcrübələrinmüzakirəsi baxımından mühüm elmi platforma olacaqdır.
Konfransın əsas məqsədi inklüziv təhsilin nəzəri və praktika spektlərinin müzakirəsi, ali təhsil müəssisələrində inklüzivuniversitet modelinin formalaşdırılması və inkişafı yollarınınaraşdırılması, eləcə də inklüziv təhsilin dayanıqlı cəmiyyətin qurulmasında olan rolunun elmi əsaslarla təhlil edilməsidir.
Tədbir çərçivəsində yerli və beynəlxalq təcrübələrin paylaşılması, aktual elmi tədqiqatların təqdimatı və akademik əməkdaşlıqimkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Konfrans çərçivəsində aşağıda qeyd olunan əsas istiqamətlər üzrə müzakirələr aparılacaq:
* inklüziv təhsilin dayanıqlı cəmiyyətin formalaşmasında rolu;
* inklüziv təhsildə akademik heyətin rolu və peşəkar inkişafı;
* inklüziv şəhər mühiti və sosial siyasət məsələləri.
Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorantlar və magistrantlar, inklüziv təhsil sahəsində çalışan mütəxəssislər, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, eləcə də yerli və beynəlxalqtəşkilatların təmsilçiləri iştirak edə bilərlər.
Konfransın işçi dilləri Azərbaycan, türk və ingilis dilləridir.
Məqalə və müəllif məlumatları 2 aprel 2026-cı il tarixinədək qeydiyyat linki vasitəsilə təqdim edilməlidir.
Keçirilmə yerləri:
16 aprel 2026 – Bakı Slavyan Universiteti, Bakı şəhəri
18 aprel 2026 – Gəncə Dövlət Universiteti, Gəncə şəhəri
Əlaqə: +994 50 860 08 58
Qeydiyyat və ətraflı məlumat: https://bsu-uni.edu.az/Elm/Seminar2

