GDU-da “TEKNOFEST-2024” ilə bağlı infosessiya keçirilib

            Gəncə Dövlət Universitetində “TEXNOFEST 2024” festifalı ilə bağlı məlumatlandırıcı görüş keçirilib. Bilim Bakı Mərkəzinin rəhbəri, Texnofestin Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse “TEKNOFEST-2024”lə bağlı geniş təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. Festifalda komandalar 46 əsas, 117 altyarışma kateqoriyası üzrə yarışacaqlar. Qalib olan komandalara pul mükafatı veriləcək.

   Texnofestin Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse festivalın əhəmiyyətindən söhbət açıb, yarışmanın tələbə və gənc tədqiqatçılar üçün mühüm fürsət olduğunu vurğulayaraq gəncləri fəal olmağa səsləyib.

     Sonda tələbələrin sualları ərtaflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti