GDU-da “Turizmdə Müasir Trendlər” adlı tədbir keçirilib

             Gəncə Dövlət Universitetinin (GDU) Qiyabi şöbəsində “Turizmdə Müasir Trendlər” adlı tədbir keçirilib.

     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Qiyabi şöbənin müdiri Elsevər Nağıyev tədbiri giriş sözü ilə açaraq Azərbaycanda davamlı turizmin inkişafının sosial-iqtisadi rolundan, müasir turizm istiqamətlərindən, eləcə də ölkəmizin ərazisinin, təbiətinin və mədəniyyətinin tanıdılmasında turizmin əhəmiyyətindən danışıb.

      Daha sonra Menecment və Turizm işi kafedrasının professoru Arzu Həsənovun mövzu ilə bağlı məruzəsi dinlənilib.

      Diskusiya formasında davam edən tədbirdə tələbələrin sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti